Füzuliyə qayıdan sakin: “30 il qohum evində məcburi köçkün həyatı yaşamışıq”

“Köhnə döyüşçü kimi əlimizdən gələni etdik, Vətənimizi qoruduq. Şükür ki, o ağrılı-acılı günlərimiz bu gün sona çatır, öz doğma yurdumuza qayıdırıq”.

Bunu hakimiyyet.az-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi köçkün İslam Həsənov deyib.

O bildirib ki, Füzuliyə yeddi nəfər ailə üzvü ilə qayıdır:

“30 il qohum evində məcburi köçkün həyatı yaşamışıq. Çox çətin günlərimiz olub, amma şükür ki, bu gün öz yurdumuza qayıdırıq. Oğlum, qızım köçüblər artıq Füzuliyə, bu gün də mən qayıdıram.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu mərhələdə daha 39 ailə (153 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzulidə 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

0.10555100440979