Gizli danışıqlar üçün süni intellekt əsaslı yeni texnologiya hazırlandı

Yaponiya gizli danışıqlar üçün sinxron tərcümə sistemi yaradıb. Bundan əsasən böyük məxfilik şəraitində beynəlxalq danışıqların aparılması üçün istifadə edilməsi nəzərdə tutulub.

İxtira ölkənin Dövlət Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutunun alimləri tərəfindən edilib.

Yenilik əsl sinxron tərcüməçilərin bacarıqlarını mənimsəmiş süni intellektin istifadəsinə əsaslanır.

Digər ölkələrdə süni intellektə əsaslanan sinxron tərcümə sistemləri yaradılır, ancaq Yaponiya danışıqların məxfiliyini qorumaq üçün öz texnologiyasını inkişaf etdirməyə qərar verib.

Sistemin 2030-cu ilə qədər tam tətbiq ediləcəyi gözlənilir, ilkin mərhələdə o, yapon, ingilis, Çin, Koreya və fransız dilləri ilə işləyə biləcək. Hazırda onun müxtəlif terminologiya ilə doldurulması prosesi gedir.

Gələcəkdə onun imkanlarının planetin 15 əsas dilinə qədər genişləndirilməsi gözlənilir.

Mənbə: TASS

0.086284875869751