Müflis olan iş adamı Telman İsmayılovun dəyəri 1.2 milyon manata olan Rolls-Royce markalı lüks avtomobili növbəti dəfə satışa çıxarılıb.
Unikal.org-un məlumatına görə, avtomobil Türkiyə Ticarət Nazirliyi tərəfindən hərrac yolu ilə satışa çıxarılıb.
Belə ki, Qərb Aralıq Dənizi Gömrük və Ticarət İdarəsi tərəfindən gömrük rəsmiləşdirilməsi müddəti keçdiyinə görə, avtomobil hərraca çıxarılıb. Avtomobil bu ilin avqust ayında 3 milyon lirə, (890 min 310 manat) sentyabr ayında 2 milyon 250 min lirə (667 min manata) satışa çıxarılsa da satılmayıb.
Artıq avtomobilin dəyərində 25 faiz endirim tətbiq edilməklə, nəqliyyat vasitəsi 1,5 milyon lirə (445 min manata satışa təqdim edilib.