Şənbə gecəsi Yer son iyirmi ilin ən böyük geomaqnit qasırğası ilə üzləşib.
Məlum olub ki, günəş aktivliyi hətta amerikalı milyarder İlon Maska məxsus “Starlink” peyklərinə də təsir edib.
“SpaceX”in peyk bölməsi “xidmət keyfiyyətinin pisləşməsi” barədə xəbərdarlıq edib.
Bu arada, ABŞ Milli Okean və Atmosfer Administrasiyası maqnit qasırğasının 2003-cü ilin oktyabrından bəri ən böyük qasırğa olduğunu və ehtimal ki, həftə sonu davam edəcəyini, digər xidmətlər arasında naviqasiya sistemləri, elektrik şəbəkələri və peyk naviqasiyası üçün risk yaradacağını bildirib.
Qeyd edək ki, “Starlink” Yer ətrafında dövr edən təxminən 7500 peykin təxminən 60%-nə sahibdir və peyk interneti sahəsində dominant şirkətdir.
Mənbə: rbc.ua