Böyük Britaniya kralı III Çarlz Bukingem Sarayının bağçasında məclis təşkil edib və tədbirə məşhur futbolçu Devid Bekhemi dəvət edib.
Eyni zamanda monarx oğlu şahzadə Harrinin ölkəyə səfərinə məhəl qoymayıb.
Məlumata görə, kral Çarlz şahzadə Harri ölkədə olarkən xeyriyyə fondunu müzakirə etmək üçün Devid Bekhem ilə görüşüb.
Xatırladaq ki, monarxın kiçik oğlu olan Harri həyat yoldaşı ilə birlikdə 2020-ci ildə Britaniya kral ailəsinin üzvü titulundan rəsmən imtina edib. Elə həmin il cütlük Kaliforniyanın Santa Barbara şəhərində ev alaraq ABŞ-yə köçüblər.
Mənbə: news.ru