Fələstinin HƏMAS hərəkatı Misirdən Qəzza zolağında saxlanılan 33 girovu azad etmək müqabilində bölgədə müvəqqəti atəşkəs elan etmək kimi yeni təklif alıb.
Təklif İsrailin köməyi ilə hazırlanıb, baxmayaraq ki, məlumata görə, Təl-Əviv bununla tam razı deyil.
Mənbələrin verdiyi məlumata görə, yeni təklif iki mərhələdən ibarətdir. Birincisi, bir neçə həftəlik hərbi əməliyyatlarda fasilə müqabilində 20-30 girovun azad edilməsini nəzərdə tutur. İkinci mərhələ daimi atəşkəs üçün danışıqlar yolu tapmaqdır. Həmçinin bu mərhələdə HƏMAS-dan qalan girovlar, əsir götürülmüş İsrail əsgərləri və ölənlərin cəsədləri fələstinli məhbuslarla dəyişdiriləcək.
Mənbə: iz.ru