“1988-ci ildən 2020-ci ilə qədər yaxşı pul qazanmışam”.
Bu sözləri “Xəzər” TV-də yayımlanan verilişlərdən birində Əməkdar artist Cavanşir Məmmədov deyib.
Müğənni maddi imkanı yaxşı olan tanınmışlardan danışarkən özünü də onlara aid edib.
“Mən kiminsə pulunu saymıram. Mənim özümün də yaxşı imkanım olub həmişə. Övladlarıma təhsil vermişəm, evlər almışam, maşın həvəskarı idim deyə maşınlar almışam. Hazırda Nizami küçəsində iki evim var. 1988-ci ildən bəri hər şeyimi dəyişmişəm, evimi, maşınımı, bircə arvadımdan başqa”.