Vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi gücləndirilir.
“Report”un xəbərinə görə, bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatı ilə bağlı tənzimləmənin təkmilləşdirilməsi məqsədilə əsasnaməyə ayrıca fəsil əlavə olunub.
Bu çərçivədə əsasnaməyə yeni təminatlar - vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan vergi orqanının vəzifəli şəxslərinə pul kompensasiyasının verilməsi, vergi orqanının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavələrin verilməsi müəyyən edilib.