Əməkdar artist Laləni tanımayıb?

Əməkdar artist Nüşabə Ələsgərli estetik əməliyyatlardan danışıb.

OLAY yazır ki, o, verilişlərin birində estetik etdirən bir həmkarını tanımamasından bəhs edib.

“Bir yaxın dostumuzu gördüm, salamlaşdı, salamlaşdım. Bir də gedəndən sonra səsi mənə tanış gəldi. Dedim sən filankəssən? Xanım idi. Xətrini istədiyim, gözəl xanımdır. Zatən gözəl idi, yenə də gözəldir, amma o deyil”, - deyə Ələsgərli bildirib.

Daha sonra proqramda Əməkdar artist Lalə Məmmədovanın estetik əməliyyat etdirdiyindən söz açılıb. Bu zaman Nüşabə deyib ki, “Yaxşıdır, amma o deyil. Estetik əməliyyata kim pis baxır ki, çox gözəl”.

Qeyd edək ki, Lalə Məmmədova bədən şəkilləndirmə, üz gərmə, burun əməliyyatları etdirib.

0.052893877029419