Model Heyli Biber və Kanadalı müğənni Castin Biber hamiləlik ilə bağlı yayılan xəbərlərdən dərhal sonra boşanmaqda şübhəli biliniblər.
Məşhur insayderin sözlərinə görə, cütlük çoxdan boşanma ərəfəsindəidi. Onlar sadəcə hər şeyin qaydasında olduğunu göstərməyə çalışırdılar. O əlavə edib ki, Heyli yenidən sərbəst olması üçün ondan ayrılmaq istəyir.
“Justin çox zəhlətökəndir. Heyli, emosional və psixoloji rifahı üçün boşanmaq qərarını alıb”, - deyə insayder bildirib.
Xatırladaq ki, Heyli Biberin hamilə olduğuna dair şübhələr “TikTok”da cütlüyün videosu paylaşıldıqdan sonra yayılmağa başlayıb. Videonun altında fanatlardan biri Heyli Biberin niyə bədən quruluşunu gizlətdiyini soruşub. Digər internet istifadəçisi isə modelin ana olmağa hazırlaşdığını bildirib.
Mənbə: In Touch Weekly