Məişət davasını şiyasi ziddiyyətə çevirmək olmaz

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nın I vitse prezidenti, SİMİB rəhbəri Rasim Məmmədovun Qəbələyə səfəri bu rayonun Vəndam kəndinə istirahətə gedən Bakı şəhəri sakinləri – gâçqın zonasından insanlarla həmin qəsəbəni vətəndaş arasında olan davaya təsadüf etmişdir.
R.Məmmədov 50-ə yaxın insanla, 20-ə yaxın şəhid ailələri ilə görüşmüşdür.
“Burda bir məişət davasını şəhidlərin təhqir olunmasına yönəltmək özü böyük bir cinayətdir”.
Bu sözləri deyən Rasim Məmmədov eyni zamana bildirmişdir: “İki şəxs arasında ziddiyyət yaranırsa bunu nə şəhidlərin, nə qazilərin ünvanına yönəldib kütləvi region savaşına çevirmək olmaz”.
Həmindava edən şəxs əvvəllər həmin ailənin Qəbələdəki evlərinə xidmət etmiş, sonradan onu işdən çıxarıblar, yeni işə götürülən isə onun əmisi oğlu olub. Bu isə hər iki tərəf arasında aqressiya və təkəbbürə səbəb olub.
Şəhidi təhqir etmiş kimi iddia qaldıran gənc ajiotaj qaldırmışdır.
İctimai asayişi pozmaq üçün olan bu kimi dezinformasiyalar yolverilməzdir.
R.Məmmədov bu kimi halların həm polisi narahat etməsi, həm iki el-obanı bir-biri ilə üz-üzə qoyması bizim düşmənlərə böyük zəfər qələbəmizdən sonrâ xoşagəlməz münasibət yaratdığını bildirmişdir.
Qarşı tərəfin heç bir təhqiri aşkarâ çıxarılmayıb, qazi də təhqir olunmayıb.
Hüququ-mühafizə orqanlarının ciddi araşdırılmasına görə bu hadisə sıradan bir münaqişə kimi təyin olunub.Amma, təəssüf ki, bir çox sosial şəbəkələr xoşagəlməz mövqedən dava edənin aqressiv çıxışlarını yayırlar.
R.Məmmədov ictimaiyyəti bu kimi çıxışlardan uzaq olmağa real faktlara əsəlanmağa çağırmışdır.

”ictimainezaret.info”

0.05974292755127