Zakir Fərəcov kimdir – Ramiz Mehdiyevin dostu, sirli cinayətlərin təşəbbüskarı

Sumqayıtın İcra Hakimiyyəti başçısı Zakir Fərəcov haqqında araşdırma aparmaq və fəaliyyəti haqqında silsilə yazılara start verməzdən öncə bu məmurun kimliyinə və əlaqələrinə nəzər salmaq lazım gəlir. İlk öncə xatırlatmalıyıq ki, Zakir Fərəcovun adı illərlə qalmaqallarda, dövlət vəsaitinin mənimsənilməsində, cinayət əməllərinin sifarişində və dövlətə xəyanətdə suçlanmış Vaqif Güləbirtlilərin himayə etməkdə hallanmaqdadır.

İllərlə vəzifələrdə yüksək mövqedə olan Fərəcovun keçmişi nə qədər ləkəlidirsə, hazırkı fəaliyyəti də dövlətin maraqlarına uyğun gəlmir və onun məqsədləri arxasında şəxsi maraqlar hər şeydən üstün tutulmaqdadır. Zakir Fərəcov bir vaxtlar Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrı kimi cəmiyyətdə ad çıxartmışdısa, eyni zamanda Prezidentin Xüsusi Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun da qohumu kimi özünü təqdimat etməkdən çəkinməmişdi. Bir sıra obyektlərin Əyyubova şəxsi tərəfindən hədiyyə olunduğunu daim gündəmə gətirən icra başçısı tabeçiliyindəki şəxslərə özünü “Akula” kimi təqdim etməkdədir. İcra başçısı haqqında danışarkən sumqayıtlıların Fərəcovu akula adlandırmasından xoşhallanan bu məmur hazırda ölkənin böyük şəhərlərinin birində ölkə rəhbərliyinə qarşı narazı kütlə formalaşdırmaqdadır.

“Realliq.Tv” informasiya agentliyi “Realliq.info” saytı bazasında fəaliyyətini bərpa etdikdən sonra redaksiyamıza Zakir Fərəcovun qanunsuz əməlləri ilə bağlı ardı-arası kəsilmədən məktublar daxil olmaqdadır. Saytımızın rəhbərinin dəfələrlə Zakir Fərəcovun təzyiqlərinə rəğmən Sumqayıtda baş verənlərə biganə qalmaması insanların bizə olan inamını formalaşdırmışdır. Biz redaksiyamıza daxil olan həmin məktubların araşdırılması və növbəti günlərdə geniş yazılarla baş verənləri diqqətinizə çatdıracağıq.

Sumqayıtda illərdir baş verənlər və nəticədə formalaşmış narazılıqlar Zakir Fərəcovu narahat etməsədə bəzi aidiyyatı qurumları hərəkətə gətirməli və hadlı vətəndaşlarımızın bir məmurun özbaşınalığı nəticəsində rastlaşdıqları çoxsaylı problemlər həllini tapmalıdır. Sumqatıtda böyük cinayətkar şəbəkə formalaşdıran, icra hakimiyyətini korrupsiya mənbəyinə çevirən, qanunsuz yollarla dövlətin milyonlarını mənimsəyən, özünü Ramiz Mehdiyevin dostu, Bəylər Əyyubovun qohumu kimi təqdim edən icra başçısının keçmişi və bu günü haqqında növbəti yazılarımızda tanış olacaqsınız. Bizə müraciət edən vətəndaşlar tam əmin olmalıdırlar ki, onların məktubları cavabsız qalmayacaq və bir media orqanı olaraq baş verənləri ictimailəşdirəcəyik. Turantv.az

0.068928956985474