Estetik cərrah Könül Ağamirovadan ŞİKAYƏT

Korrupsiya.az informasiya agentliyinin email ünvanına şikayət daxil olub.Şikayətdə bildirilir ki, Mən Əliyeva Nailə Zakir qızı, estetik cərrah Könül Ağamirovanın instagram səhifəsində ki, reklamının qurbanı oldum.Reklamlarına aldanaraq Milan Vip Hospitala sinə kiçiltmə liposaksiya əməliyyatı üçün müraciət etdim.Estetik cərrah Könül Ağamirova məndən 3700 azn qarşılığında bu əməliyyatı yüksək səviyyədə professional qaydada keçirəcəyini bildirdi.3700 azn ödədikdən sonram 12 may 2020 ci ildə bu əməliyyata alındım.8 saat cərrahi stolda narkoz altında əməliyyatda oldum.Lakin bir müddətdən sonram estetik əməliyyatımda heç bir dəyişiklik hiss etmədim,Könül Ağamirova ilə əlaqə saxlasamda mənə müxtəlif bəhanələr gətirərək 2-3 ay müddətində effektini hiss edəcəyimi bildirdi.Lakin aylar keçsədə  heç bir dəyişiklik hiss olunmadı.Mən ödənişimi geri istəsəmdə müxtəlif bəhanələr gətirərək mənə yenidən ikinci əməliyyati keçirməyini təklif etdi,əgər alınmasa ödənişini geri qaytaracam bildirdi.Mən isə razı olmadım pulumun geri qaytarılmasını tələb etsəmdə,mənə süni bəhanələr hədə qorxular,gəlinir hətta Milan vip Hospitalın Baş həkimidə məni qəbul etməkdən imtina edir.Bildirmək istəyirəm ki,vətəndaşlarımız  bu cür qeyri peşəkar estetik cərrah Könül Ağamirovanın qurbanına çevrilməsinlər.Əks halda mənim ödənişim geri qaytarılmasa Məhkəmə orqnanlarına şikayət edib təzminat tələb edəcəm.Bildirmək istəyirəm ki Milan VİP Hospitalda mənə qəbz belə verməkdəndə imtina ediblər.Düşünürəm ki, buda vergidən yayınmaqın bir növüdür.

Xatırladaq ki, sosial şəbəkələrdə əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva estetik cərrah Könül Ağamirovanı sərt tənqid edib.

Korrupsiya.az informasiya agentliyi olaraq Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

0.060333013534546