""Ege Hospital"da soyğunçuluq pik həddə çatıb" - NARAZILIQ...

"Ege Hospital"da soyğunçuluq pik həddə çatıb".

Qlobal.az xəbər verir ki, bu barədə Baş Prokurorun keçmiş müavini Mətləb Mütəllimli sosial şəbəkədə yazıb.

M.Mütəllimli "Ege Hospital"-da çalışan dr. Aqil Ağayevin qəbuluna düşmək üçün 71 manat, kolonoskopiya və anesteziyaya isə ümumilikdə 214 manat ödədiyini qeyd edib.

"Ege Hospital"a ümumilikdə 285 manat ödədiyini deyən Baş Prokurorun sabiq müavini xəstəxanada baş verənləri soyğunçuluq adlandırıb.

Qeyd edək ki, "Ege Hospital"-ın adı dəfələrlə qalmaqalda hallandırılıb.

Belə ki, bir müddət öncə Səbinə Nəzərova adlı vətəndaş atasının ölümündə hospitalın kardioloq-cərrahı Ülvi Mirzoyevin günahkar olduğunu iddia edərək "Ege Hospital"a qarşı sərt ittihamlar irəli sürmüşdü: "Ülvi Mirzoyev ayın 24-ü atamı müayinə edib diaqnoz qoydu ki, stend qoymaq lazımdır. Təklif etdi ki, anju eləmişəm əgər yanınızda pul varsa, indi qoyaq. Çünki 98 faiz damarları tutulub. Dedi ki, 6 ədəd stend qoymaq lazımdır. Soruşduq ki, bu qədər stend qoymaq olarmı? Dedi ki, bəli mən 8 ədəd belə qoymuşam. 10 000 manat ödəyib razılaşdıq. 2 gün sonra buraxdılar, ayın 4-də gecə atam özünü pis hiss edirdi və təcili tibbi yardım yoxlayıb dedi ki, bu qədər stend qoymaq olmaz. Atam səhər öz maşını ilə anamla həkimə gedib. Həkim deyib ki, 1500 manat ödədikdən sonra müayinəyə gəlin. Yarim saat sonra isə sənədləri gətirib ki, imzalayın açıq əməliyyat edək. Anam həkimə dedi ki, xəstəni göstərin, sonra biz imzalayaq. Deməli, xəstə artıq dünyasını dəyişib və bu özünə həkim adı qoyan məxluq ölmüş insanı əməliyyat etmək istəyirmiş. Biz ondan bunun səbəbini soruşmaq istəyəndə artıq həkimin ortalıqda olmadığını gördük. Üstəlik, 200 manat ödəyərək atam məscidə yumağa göndərib. Sən kimsən ki, kiminsə meyitini icazəsiz məscidə aparasan?!”.

Ü.Mirzoyev isə iddia olunanların böhtan olduğunu bildirmişdi.

0.060665845870972